Dek
2022
17:28
235
46
925
Virtual karabakh

Əhməd Obalı: “Urmiya gölünün qurudulması molla rejiminin siyasətinin bir parçasıdır”

6 Dek, 2022
17:28
925

Əhməd Obalı: “Urmiya gölünün qurudulması molla rejiminin siyasətinin bir parçasıdır”

“İndiki zamanda Güney Azərbaycanda illər boyu arzuladığımız hədəfə yaxınlaşırıq”.

APA xəbər verir ki, bunu Güney Azərbaycanın milli fəalı, Güney Azərbaycan Televiziyasının (GünAzTV) rəhbəri Əhməd Obalı Sosial Tədqiqatlar Mərkəzindəki görüşü zamanı deyib.

Milli fəal Prezident İlham Əliyevin Cənubi Azərbaycanla bağlı dediyi fikirlərə toxunub:

“Azərbaycan Prezidenti təkcə Qarabağı azad edən fateh yox, eyni zamanda, Güney Azərbaycandakı vətəndaşların da taleyi ilə maraqlanan, diqqət göstərən prezidentdir. Bizim üçün sizin timsalınızda azərbaycanlı siyasətçilərin güneylə bağlı müzakirə və fikirləri çox əhəmiyyətli və sevindiricidir”.

Əhməd Obalı Urmiya gölünün qurudulmasını İran hakimiyyətinin siyasəti kimi qiymətləndirib:

“Urmiya gölünün qurudulması molla rejiminin siyasətinin bir parçasıdır. İran rejimi farsçılığın üzərində qurulmuş dövlətdir. İranda fars dilini bilməyin vacibliyi ilə bağlı qanun qəbul edilib. Yəni İranda orta məktəbə gedən uşaq mütləq fars dilini bilməlidir. Bilməzsə, onlar özəl məktəblərə göndərilir. Bu məktəblərə getmək də təhqir kimi bir şeydir”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri