Dek
2022
18:44
155
33
970
Virtual karabakh

Ekspert: “Rəsmi Tehran Azərbaycanın iqtisadi və siyasi tərəqqisindən narahatdır”

7 Dek, 2022
18:44
970

Ekspert: “Rəsmi Tehran Azərbaycanın iqtisadi və siyasi tərəqqisindən narahatdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rəsmi Tehran Azərbaycanın iqtisadi və siyasi sahədə tərəqqisindən narahatdır”.

Bunu “Report”a açıqlamasında Vaşinqtondan olan xarici siyasət və energetika üzrə ekspert Umud Şokri deyib.

Onun sözlərinə görə, İran İslam Respublikası Azərbaycan Respublikasının müxtəlif sahələrdə inkişafını, eləcə də Azərbaycanın regional və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rolu diqqətlə izləyir.

“İslam Respublikası baxımından Azərbaycan Respublikasının tərəqqisi İran azərbaycanlılarına da təsir edir. Bu o deməkdir ki, Azərbaycanın iqtisadi tərəqqisi və ölkənin regional enerji təhlükəsizliyində və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki mühüm rolu Tehranın xoşuna gəlmir”, - o bildirib.

Ekspert qeyd edib ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın işğal olunmuş ərazilərini azad etməsindən sonra İranda yaşayan azərbaycanlıların özünüdərki xeyli artıb:

“Müharibə zamanı İran azərbaycanlıları sərhədyanı ərazilərdə Azərbaycan ordusuna dəstək olduqlarını bəyan ediblər. Onlar hətta İran vasitəsilə Ermənistana silah daşıyan yük maşınlarının da hərəkətinə mane olublar”.

 U.Şokri vurğulayıb ki, son illər İran azərbaycanlıları sistematik ayrı-seçkiliyə qarşı dəfələrlə etiraz aksiyası keçirərək, məktəblərdə ana dilini öyrənmək hüququnu tələb ediblər:

“İslam Respublikası azərbaycanlıların İrandakı həyatından razı qalmasına nail olmaq istəyirsə, ayrı-seçkiliyi aradan qaldırmalı, ölkənin bütün əyalətlərinin tarazlı inkişafını təmin etməli və region məktəblərində Azərbaycan dilinin tədrisinə şərait yaratmalıdır”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri