Dek
2022
20:44
239
31
2027
Virtual karabakh

Şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı üçün uçota alınması dövrü uzadıldı - FOTO

7 Dek, 2022
20:44
2027

Şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı üçün uçota alınması dövrü uzadıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli Sərəncamındakı dəyişiklik həmin şəxslərin mənzil və ya fərdi evlə təminatı üçün onların uçota alınma dövrünün daha 3 il uzadılmasını nəzərdə tutur.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2014-cü il yanvarın 1-dən artıq 2020-ci il yanvarın 1-dək deyil, yeni Sərəncamla 2023-cü il yanvarın 1-dək mənzil növbəsinə götürülmüş şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan, habelə Sərəncamda nəzərdə tutulan digər imtiyazlı şəxslərin 2021–2025-ci illərdə mənzil və ya fərdi evlə təmin olunması tapşırılır.

Yeni sərəncam eyni zamanda yalnız 2020-ci ildə deyil, 2020–2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı şəhid olanların ailələrinin və bu əməliyyatlarda yaralanaraq əlilliyi müəyyən olunmuş şəxslərin də 2021–2025-ci illərdə mənzil və ya fərdi evlə təminatını nəzərdə tutur.

Göründüyü kimi, dövlət başçısının yeni Sərəncamı şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşların mənzillə və fərdi evlə təminatının əhatəsini daha da genişləndirir.

Qeyd edək ki, tarixi Zəfərimizlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə və fərdi evlə təminat proqramı 5 dəfə genişlənib.

Postmüharibə dövründə onlara 4 100, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil və fərdi ev verilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri