Dek
2022
16:26
107
26
2785
Virtual karabakh

Avropa İttifaqının yaratmaq niyyətində olduğu ordu nəyə xidmət edəcək? - Türkiyəli general AÇIQLADI + FOTO

8 Dek, 2022
16:26
2785

Avropa İttifaqının yaratmaq niyyətində olduğu ordu nəyə xidmət edəcək? - Türkiyəli general AÇIQLADI + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Danimarkanın “Saxo Bank”ı 2023-cü illə bağlı bəzi proqnozlar verib. Onlardan biri Avropa İttifaqının öz ordusunu yaradacağı ilə bağlıdır. Bildirək ki, 2015-ci ildən etibarən Avropa siyasətini təhlükəsizlik baxımından gücləndirmək məqsədilə Avropa silahlı qüvvələrinin yaradılacağına dair fikirlər səsləndirilir. Həmin dövrdə mətbuata açıqlama verən Avropa Komissiyasının o dövrdəki sədri Jan Klod Yunker İŞİD terror qruplaşmasının Avropanın əsas düşməni olduğunu və ona qarşı mübarizə çərçivəsində sıx birləşməyin vacibliyini vurğulamışdı. Ötən yeddi il ərzində mütəmadi olaraq Aİ-nin hərbi qüvvə yaradacağı müzakirə edilsə də, hələ ki ortada real nəticə yoxdur.

Maraqlıdır, 2023-cü ildə Avropa İttifaqı ordusunun tam formalaşması mümkün ola bilərmi?

Məsələni Oxu.Az-a şərh edən Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauz Avropanın öz ordusunu qurmasının utopiya olduğunu deyib:

“Avropa Birliyinin təməllərinin atıldığı 1957-ci ildən etibarən Avropa dövlətləri təhlükəsizliklə bağlı narahatlıqlarının artması fonunda vaxtaşırı bu fikri səsləndirirlər. Amma onu həyata keçirmək hələ də mümkün olmayıb. Reallıq odur ki, Avropa İkinci Dünya müharibəsindən sonra qurulan NATO-ya həvalə edilib. Bu gün NATO dövlətləri üzvlüklə bağlı büdcələrindən oraya töhfə verməlidirlər. Amma faktiki olaraq 28 dövlət nəinki töhfə vermək, heç iştirak haqqını belə, ödəyə bilmir. NATO-nun qərargahı, xüsusi briqadaları var. Təşkilatı ayaqda saxlamaq üçün pul lazımdır, həmin pulu isə NATO üzvləri təmin edə bilmirlər. Bəs onu kim qarşılayır? - Əsasən, NATO-nun ağası olan ABŞ”.  

Həmsöhbətimiz qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi fonunda təhlükəsizliyə risklərin artması uzun müddətdir müdafiəsini NATO və ABŞ-yə həvalə etmiş olan Avropadakı bəzi dövlətləri əndişəyə salıb:

“Narahatlıq duyanlar sırasında başda Almaniya dayanır. Üç-beş gün əvvələ qədər Fransa Prezidenti Makron da NATO-nun beyin ölümünün reallaşdığını deyirdi, amma bəzi hadisələrdən sonra gördülər ki, təhlükəsizlik təxirə salınacaq, diqqət göstərilməyəcək bir məsələ deyil.

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Avropanı formalaşdıran dövlətlər üç il içərisində ortaya çıxa biləcək böhranlara qarşı dünyanın müxtəlif yerlərindəki NATO missiyasına uyğun hərəkət edə biləcək, Əfqanıstandakı kimi xilasetmə əməliyyatlarını icra edəcək beş min nəfərlik təcili müdaxilə qüvvəsi yaratmağı məqsədəuyğun hesab etdilər. Deyilənə görə, üç il ərzində beş min nəfərlik gücü yaradacaqlar. Amma hazırda real olaraq yetərli qədər əsgər verəcək ölkələrin o büdcəni qarşılamaqla bağlı ciddi problemləri var. Ona görə də fikrimcə, Avropanın təhlükəsizliyini uzun müddət elə NATO qoruyacaq. 

Formalaşdırılacaq qüvvənin də böyük güc olması mümkün deyil. Yeni ordu yüngül silahlarla təchiz edilmiş barış qüvvəsi kimi dəyərləndirilə bilər. Bu isə onların dərdlərinə dərman olmaz, çünki heç kim daşın altına əlini qoymur. Bax, Avropanın təhlükəsizlik ordusunun qurulmasıyla bağlı vəziyyət budur”.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri