12 
Dek
2022
21:07
114
53
690
Virtual karabakh

“Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli” mövzusunda panel müzakirəsi keçirildi - FOTO

12 Dek, 2022
21:07
690

“Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli” mövzusunda panel müzakirəsi keçirildi - FOTO

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə ADA Universitetində Ümummilli lider Heydər Əliyevin anım  gününə həsr olunmuş “Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli”  mövzusunda  panel müzakirəsi keçirilib.

Oxu.Az xəbər verir ki, tədbir başlamazdan əvvəl Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin birinci hissəsində ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının icraçı direktoru Rafael Hacıbəyli çıxış edərək Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə gənclərə göstərdiyi diqqət və qayğıdan danışıblar.

Bildirilib ki, Ümummilli lider Heydər Əliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və məişət problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə nailiyyətləri ilə seçilirlər.

Tədbirin ikinci hissəsi panel müzakirələri formatında davam edib. “Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli” mövzusunda keçirilən müzakirədə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və Azərbaycan Respublikasının sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu sahədə olan araşdırmalarını gənclərlə bölüşüb. Qeyd olunub ki, Ulu öndərin müəyyən etdiyi xarici siyasət hər şeydən əvvəl dünyanın bütün dövlətləri ilə bərabər hüquqlu surətdə faydalı əlaqələr qurmaq və inkişaf etdirmək məqsədini daşıyır. Məhz Ulu öndərin səyləri ilə əsası qoyulan enerji siyasəti Azərbaycanın iqtisadi inkişafının əsasını təşkil etmişdir. Bu uğurlu siyasət müxtəlif sahələrdə effektiv islahatların aparılmasına, o cümlədən ən vacib amil kimi gənclərin timsalında insan kapitalının inkişafına təkan vermişdir.

Fiziki və mənəvi cəhətdən sağlam gənclik 44 günlük  Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi Zəfərimizin aparıcı qüvvəsi olmuşdur. Otuz il əvvəl dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə dönüşü ilə ölkəmizdə başlanmış yeniləşmə və inkişaf  Prezident İlham Əliyevin xalqımıza qazandırdığı tarixi Zəfərin işığında yeni bir mərhələyə yüksəldi.

Cənab İlham Əliyevin də hər zaman öz çıxışlarında qeyd etdiyi kimi: müasir dövrdə və Azərbaycanın mövcud şəraitində xaricdə azərbaycan icmalarının, xüsusilə də azərbaycanlı tələbə və məzunların təmsilçilik istiqamətində rolunun vacib olduğu kimi, eyni zamanda təhsili başa vurmuş məzunların Azərbaycana ixtisaslaşmış insan resursları kimi qayıdaraq hər bir sahədə töhfə verməsi olduqca önəmlidir. Məhz bu səbəbdən, ölkə xaricində təhsil alan tələbələr və məzunlar olaraq, bu amalda müxtəlif istiqamətlərdə işlər görülür, Azərbaycanın beynəlxalq arenada layiqincə təmsil olunması üçün çalışır.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri