12 
Dek
2022
21:01
189
55
637
Virtual karabakh

Ankarada Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbirlər təşkil olundu - FOTO

12 Dek, 2022
21:01
637

Ankarada Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbirlər təşkil olundu - FOTO

Ankarada dekabrın 12-də Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbirlər təşkil olunub.

Oxu.Az xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Səfirlik kollektivi, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Yeni Azərbaycan Partiyasından Milli Məclisin deputatı Hikmət Babaoğlu, Ədalət və İnkişaf Partiyasının (Ak Parti) beynəlxalq əlaqələr departamentinin sədr müavini Mehmet Ceylan,SOCAR Türkiyə Enerji Şirkəti və TANAP əməkdaşları, hərbi qulluqçular, kursantlar, yerli ictimaiyyətin nümayəndələri və digər rəsmi şəxslər Ankaradakı Heydər Əliyev Parkında Ümummilli Liderimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq Ulu Öndərin abidəsi önünə əklillər qoymuş və tər çiçəklər düzmüşlər.

Anım mərasiminin davamı olaraq Ankaradakı Azərbaycan Evinin Şuşa Konqres Mərkəzində Azərbaycanın Türkiyədəki Səfirliyi, Ədalət və İnkişaf Partiyası, Yeni Azərbaycan Partiyası, eləcə də Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin birgə təşkilatçılığı ilə “Qardaşlıqdan müttəfiqliyə gedən yolda Heydər Əliyevin “Bir millət, iki dövlət!” fəlsəfəsinin rolu” mövzusunda simpozium keçirilib.

Tədbir Ulu Öndərin Azərbaycanın rifahına həsr olunmuş mənalı həyatını əks etdirən filmin nümayişi ilə başlayıb.

Sonra Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan və Türkiyənin Dövlət himnlərinin oxunmasından sonra tədbir iştirakçıları çıxışlar ediblər.

Simpoziumun açılışını edən Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar Ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycan xalqının mənafeyi naminə həyata keçirdiyi faəliyyəti vurğulamış, onun həyatının xalqına həsr olunduğunu qeyd etmişdir.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov gələn ilin Azərbaycan Respublikasını Prezidenti İlham Əliyevin sərəncamı ilə Heydər Əliye ili elan olunduğunu və gələn il bu çərçivədə çoxsaylı tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb. Səfir bildirib ki, ümumxalq sevgisi qazanmış Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qazanmasından sonra həyata keçirdiyi xilaskarlıq missiyasından danışıbvə Ulu öndərin yalnız Azərbaycanın deyil, türk dünyasının nəhəng siyasi şəxsiyyəti olduğunu qeyd edib.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Ümummilli liderlə bağlı xoş xatirələrini bölüşüb və onun türk dövlətlərinin vahid platformada birləşməsində müstəsna rolunu qeyd edib.

Ədalət və İnkişaf Partiyasının (Ak Parti) beynəlxalq əlaqələr departamentinin sədr müavini Mehmet Ceylan Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” prinsipi ilə səciyyələndirdiyi Azərbaycan-Türkiyə münasibətlərinin hazırda strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib.

Yeni Azərbaycan Partiyasından Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev olan xalq məhəbbətini onun tarixi xidmətlərinin nəticəsi olaraq dəyərləndirib.

Natiqlərin çıxışlarında Ümummilli lider Heydər Əliyevinxüsusi önəm verdiyi Azərbaycan-Türkiyə münasibtlərinin hazırda daha da inkişaf edərək qardaşlıq səviyyəsinə çatdığı, dünyada analoqunun olmadığı vurğulanıb.

Çıxışların sonunda Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş panel sessiyaları baş tutub.

Ankarada Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar digər bir tədbir paytaxtda Ulu öndərin adını daşıyan orta məktəbdə təşkil olunub. Azərbaycanın Türkiyədəki Səfirliyinin də iştirak etdiyi tədbirdə Ümummilli lider Heydər Əliyevə həsr olunmuş inşa, şeir və rəsm müsabiqələrinin qalibləri olan məktəb şagirdləri dinlənilib, onlara Səfirliyin hədiyyələri təqdim olunub.

Türkiyədə Ümummilli liderin anım günü tədbirləri davam edir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri