12 
Dek
2022
22:19
241
100
1343
Virtual karabakh

Londonda ulu öndər Heydər Əliyevin anım günü qeyd edildi - FOTO

12 Dek, 2022
22:19
1343

Londonda ulu öndər Heydər Əliyevin anım günü qeyd edildi - FOTO

Londonda ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.

Oxu.Az xəbər verir ki, anım tədbiri ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov çıxış edərək bildirib ki, Heydər Əliyev irsi qızıl hərflərlə Azərbaycan tarixinə həkk olunub, qədirbilən Azərbaycan xalqı ümummilli liderin xatirəsini əbədi olaraq əziz və uca tutacaq. Məhz ulu öndərin uzaqgörən yanaşması, xarici təhlükə və təhdidlərdən qoruması sayəsində bu gün Azərbaycan sabitlik diyarına çevrilib, Prezident İlham Əliyevin sayəsində torpaqlarını işğaldan azad edib.

Daha sonra səfir Elin Süleymanov ulu öndərin şərəfli ömür yolundan bəhs edib, onun ölkəmizin tərəqqisi üçün misilsiz xidmətlərini gələcək nəsillərin heç vaxt yaddan çıxarmayacağını bildirib. Bütün həyatını Azərbaycan xalqının rifahına, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına həsr edən dahi şəxsiyyət Azərbaycanın regional gücə çevrilməsi üçün siyasi-strateji kursun təməlini qoyub. Hal-hazırda Prezident İlham Əliyev bu mühüm və şərəfli missiyanı uğurla irəli aparır, Azərbaycanın haqq səsini bütün dünyaya çatdırır.

Tədbirin sonunda S.Məmmədov və səfirliyin kollektivi ümummilli liderin büstü önünə gül dəstələri qoyub.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri