17 
Dek
2022
15:17
233
18
770
Virtual karabakh

Nurit Qringer: “44 günlük müharibədə qalib gələn Azərbaycan regional gücə çevrilib”

17 Dek, 2022
15:17
770

Nurit Qringer: “44 günlük müharibədə qalib gələn Azərbaycan regional gücə çevrilib”

“44 günlük müharibədə qalib gələn Azərbaycan regional gücə çevrilib”.

“Report” xəbər verir ki, bunu ABŞ-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri Nurit Qringer Bakıda keçirdiyi mətbuat konfransında deyib.

“Bəli, regionda hələ də problemlər qalır. Amma ən vacib məsələ Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi idi”, - o əlavə edib.

N.Qringer məlumat verib ki, onun yaratdığı mərkəz Azərbaycan mədəniyyətini ABŞ əhalisinə çatdırmaq məqsədi daşıyır: “ABŞ-da əsl Azərbaycanı göstərmək istəyirəm. Erməni lobbisinin rolunu bildiyimiz üçün mənfi stereotipləri dağıtmaq və bu ölkə haqqında həqiqəti söyləmək istəyirik”.

“Sübut etmək istəyirəm ki, ABŞ-ın geosiyasi baxımdan Azərbaycana ehtiyacı var”, - mərkəzin rəhbəri əlavə edib.

O, bu prosesin vaxt apardığını vurğulayıb.

Azərbaycanla İsrail arasında əməkdaşlıqdan danışan Nurit Qringer ölkələr arasında çox sıx münasibətlərin olduğunu qeyd edib.

O, İkinci Qarabağ müharibəsi veteranı, göz əməliyyatına ehtiyacı olan Arif Hacıyevin əhvalatını danışıb: “Donor İsraildə tapılıb və əməliyyatı israilli həkimlər həyata keçirəcək. Sabah veteran donor və həkimlərlə görüşmək üçün İsrailə səfər edəcək”.

Onun sözlərinə görə, gələcəkdə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bu veteran haqqında filmin çəkilməsi planlaşdırılır.

N.Qringer Azərbaycanın mədəni irsindən bəhs edən daha bir filmin çəkiləcəyini deyib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri