27 
Dek
2022
15:48
188
26
1605
Virtual karabakh

Nazir: “Şuşada BMT bayrağının dalğalandırılması tarixi hadisədir” - FOTO/VİDEO

27 Dek, 2022
15:48
1605

Nazir: “Şuşada BMT bayrağının dalğalandırılması tarixi hadisədir” - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu il ilk dəfə Şuşa şəhərində BMT bayrağı dalğalandırılıb”.

Oxu.Az bildirir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Nazir xatırladıb ki, bu il Azərbaycanın BMT-yə üzvlüyə qəbulunun 30 ili tamam oldu:

“Hesab edirəm ki, Şuşada BMT bayrağının dalğalandırılması tarixi hadisədir”.

Xatırladaq ki, bu ilin martın 18-də Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçirilib. Tədbirdə Azərbaycan Respublikasının yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi, BMT-nin Azərbaycandakı qurumlarının rəhbər şəxsləri iştirak ediblər.

Daha çox foto burada: PhotoStock.az

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri