Yan
2023
16:56
592
19
2228
Virtual karabakh

Politoloq: “Bakı Vardanyanın həbs edilməsi məsələsini qaldıracaq” - FOTO

2 Yan, 2023
16:56
2228

Politoloq: “Bakı Vardanyanın həbs edilməsi məsələsini qaldıracaq” - FOTO

“Son dövrlərdə baş verən hadisələr bizə onu söyləməyə əsas verir ki, proseslərdə Ruben Vardanyan separatçıların əsas qüvvəsi kimi iştirak etməyə çalışır və bu, əlbəttə ki, gələcəkdə yaxşı olmayan tendensiyaların üzə çıxmacağını göstərir. İstənilən halda Rusiya özü yetişdirdiyi müəyyən adamları vətəndaşlıqdan çıxarıb müxtəlif ölkələrdəki separatçılıq ocaqlarına göndərə bilər. Ona görə də Vardanyan məsələsi Bakı tərəfindən xüsusi diqqətdə saxlanılır”.

Bu fikirləri Bizim.Media-ya Ruben Vardanyanın Rusiya vətəndaşlığından çıxması ilə bağlı məsələni şərh edərkən politoloq Tural İsmayılov söyləyib.

O bildirib ki, Vardanyanın Rusiya vətəndaşlığından çıxarılması bu ölkənin daxili prosesidir. Amma burada bizi narahat edən odur ki, Rusiya tərəfindən vətəndaşlıqdan çıxarılmış Ruben Vardanyan Xankəndi şəhərində peyda olub:

“Bu tip hadisələrin adiləşməsi Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf etməsi kontekstində Rusiyanın narahat edən məqamları üzə çıxarır. Rusiya türk dünyasının birləşməsi perspektivindən narahatdır. Eyni zamanda Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiya etməsinin qarşısını almağa çalışır və bu üzdən məhz Ruben Vardanyan kartı dövriyyəyə buraxılıb”.

Ekspert hesab edir ki, istənilən halda Vardanyanın Xankəndini tərk etməməsi və onun oradan Azərbaycan əleyhinə təxribatçı açıqlamalar verməsi ölkəmizin ərazi bütövlüyünə növbəti dəfə təhdid edilməsi deməkdir. Ona görə də Azərbaycanın Vardanyanı beynəlxalq xətlər üzrə axtarışa vermək hüququ var və gec-tez onun həbsi ilə bağlı bu addımı atacaq.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri