10 
Yan
2023
17:22
252
84
965
Virtual karabakh

Prezident: “Böhranlı vəziyyəti xalqımız üçün sosial layihə və proqramlarla yüngülləşdirməyə çalışırıq” - VİDEO

10 Yan, 2023
17:22
965

Prezident: “Böhranlı vəziyyəti xalqımız üçün sosial layihə və proqramlarla yüngülləşdirməyə çalışırıq” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dünya postpandemiya dövrünə hələ təzə-təzə uyğunlaşır. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur. Bizim də iqtisadiyyatımız dünya iqtisadiyyatının bir parçası olduğu üçün əfsuslar olsun ki, biz də bu mənfi təsirə məruz qalmışıq”.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.

Dövlətimizin başçısı deyib ki, dünya üçün bu böhranlı vəziyyəti biz xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirməyə çalışırıq: 

“Bu yaxınlarda imzaladığım çox geniş sosial paket bir daha bunu göstərir. Yəni, müharibədən təzə çıxmış ölkə, özü də ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkə əgər sosial sahəyə bu qədər vəsait ayırırsa, deməli, bizim sosial siyasətimiz dəyişməz olaraq qalır və əlbəttə ki, bizim iqtisadi gücümüzü göstərir”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri