14 
Yan
2023
19:17
21
147
1727
Virtual karabakh

“Düşünürəm ki, yaxın zamanda Xarici İşlər Nazirliyi çağırış edəcək” - RƏY + FOTO

14 Yan, 2023
19:17
1727

“Düşünürəm ki, yaxın zamanda Xarici İşlər Nazirliyi çağırış edəcək” - RƏY + FOTO

“34 gündür ki, artıq Azərbaycanın ekoaktivistlərinin Xankəndi-Laçın yolunda aksiyaları davam edir. Bu aksiya hesabına bir sıra proseslər baş verib. Məsələn, Ruben Vardanyanın və digər şəxslərin rəhbərlik etdikləri “Base metal” şirkəti Azərbaycanın Qarabağ bölgəsində apardığı qeyri-qanuni istismarı müvəqqəti olaraq dayandırıb. Ekoloji fəlakəti nisbətən azaltmağa başlayıblar. Bunlar önəmli məsələlərdir”.

Bu sözləri Oxu.Az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. Ekspert diqqətə çatdırıb ki, aksiyadan narahat olan Fransa, bütövlükdə Qərb günlərdir Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirir:

“Azərbaycan 34 gün ərzində həmişə açıq şəkildə elan edib ki, humanitar dəhlizi bağlamır, Azərbaycan ərazisindən qeyri-qanuni şəkildə çıxarılmış təbii sərvətlərin kənara daşınmasının qarşısını alır. Bundan əlavə, Laçın dəhlizindən Azərbaycan ərazisinə keçirilən silah-sursat və hərbi texnikanın qarşısı alınır. Amma humanitar məqsədlərlə istifadə olunan maşınların rahat fəaliyyətinə icazə verilir. Lakin Qərb yenə də prosesləri dünyaya təhrif edərək çatdırır”.

Siyasi şərhçi qeyd edib ki, bütün bunlara cavab olaraq Azərbaycanla bağlı yalan məlumat yayan dövlətlərin mətbu orqanları rəsmi şəkildə buraya dəvət edilməlidir:

“Gəlib orada baş verən prosesləri canlı çəksinlər, görsünlər ki, orada kim nə işlə məşğuldur. Yolu azərbaycanlı fəallar, yoxsa Rusiya sülhməramlıları bağlayıblar? Biz həmin ərazidə baş verənləri açıq şəkildə göstərməliyik. Düşünürəm ki, bununla bağlı yaxın zamanda Xarici İşlər Nazirliyi çağırış edəcək. Məncə, Fransa mətbuatı buyurub gəlsə, artıq deməyə sözləri olmayacaq. Amma digər tərəfdən də bilirəm ki,  bir qayda olaraq özlərini haqlı çıxarmaq üçün bu tip açıqlamalarına davam edəcəklər. Erməni lobbisi nə qədər ki Qərbdə var, onlar həmin ölkələrin media məkanına ciddi təsir edəcəklər. Ancaq biz də öz işlərimizə fasiləsiz davam etməliyik”.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri