23 
Yan
2023
11:52
35
430
5853
Virtual karabakh

Deputat: “Vətəndaş artıq ödənilən pensiya məbləğini geri qaytarmalıdır” - FOTO

23 Yan, 2023
11:52
5853

Deputat: “Vətəndaş artıq ödənilən pensiya məbləğini geri qaytarmalıdır” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Pensiyaların artıq ödənilməsi ilə bağlı məmurlar Cinayət və İnzibati Xətalar məcəllələrinin müvafiq maddələrinə əsasən məsuliyyətə cəlb olunurlar”. 

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Musa Quliyev deyib. 

O, artıq ödənilən pensiyanın geri qaytarılması məsələsinə də aydınlıq gətirib. 

“Artıq ödənilən pulun qaytarılması üçün son 3 illik müddətə amnistiya tətbiq edilib. 3 ildən əvvəlki müddətə gəlincə, vətəndaş artıq ödənilən pensiya məbləğini alıb xərcləyibsə, özü də onu qaytarmalıdır. Azərbaycanda pensiyaların səhv hesablanması və yanlış ödəmələr ən çox 2020-ci ilə qədər baş verib”, - deyə o əlavə edib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri