25 
Yan
2023
15:57
160
28
1511
Virtual karabakh

Qayıdış Konsepsiyası Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının təsdiqinə verilib - YENİLƏNİB

25 Yan, 2023
15:57
1511

Qayıdış Konsepsiyası Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının təsdiqinə verilib - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qayıdış Konsepsiyası Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının təsdiqinə verilib.

Bu barədə Oxu.Az-a icmanın Mətbuat xidmətindən bildirilib.

Belə ki, artıq xeyli vaxtdır Qərbi Azərbaycan İcmasında Qayıdış Konsepsiyasının hazırlanması istiqamətində iş davam etdirilir. Bu gün İcmanın İdarə Heyətinin geniş tərkibdə iclası keçirilib. İclasda İdarə Heyətinin üzvləri ilə yanaşı, İcmanın strukturlarında təmsil olunan ziyalılar, mütəxəssislər iştirak ediblər.

İclası giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli Qayıdış Konsepsiyasının hazırlanması məqsədilə silsilə tədbirlərin, fərdi və qrup halında mütəxəssislərlə görüşlərin keçirildiyini, müzakirələr zamanı yüzlərlə təklifin irəli sürüldüyünü, İcmanın Konsepsiyanın hazırlanması ilə bağlı elan olunmuş elektron poçta çoxlu sayda təkliflərin daxil olduğunu, bütün bu təkliflərin İşçi Qrupunda sistemləşdirildiyini, təhlil edilib ümumiləşdirildiyini və sənədin layihəsinin hazırlandığını bildirib.

İclas iştirakçılarına təqdim olunan layihə ətrafında geniş fikir mübadiləsi aparılıb, layihə qəbul edilib və prosedura uyğun olaraq, rəsmi təsdiq üçün Müşahidə Şurasına təqdim edilməsi qərara alınıb.

Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli Konsepsiya layihəsinin hazırlanmasında və qəbulunda iştirak edən hər kəsə İcma rəhbərliyi adından öz dərin təşəkkürünü bildirib.

Müşahidə Şurası özünün sabahkı (yanvarın 26-da) keçirəcəyi iclasında Qayıdış Konsepsiyasının təsdiqi məsələsinə baxacaq.

10:58

Qərbi Azərbaycan İcmasında Qayıdış Konsepsiyasının layihəsi üzrə yekunlaşdırıcı müzakirələr keçirilib.

Bu barədə Qərbi Azərbaycan İcmasının Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, yanvarın 24-də İcmanın əsas orqanlarının nümayəndələrinin iştirakı ilə Konsepsiyanın layihəsi müzakirə edilib, mətn üzrə bir sıra əlavə və dəyişikliklər edilib.

Katiblik heyətinə Konsepsiya layihəsi üzərində redaktə işlərini tamamlamaq tapşırılıb.

İcmanın İdarə Heyətinin bugünkü iclasında Qayıdış Konsepsiyasının layihəsinə baxılacaq.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri