26 
Yan
2023
19:00
364
12
2167
Virtual karabakh

Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər - FOTO

26 Yan, 2023
19:00
2167

Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Respublikasının Qars şəhərində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının iştirakı ilə keçirilən “Qış təlimi - 2023” beynəlxalq təlimində Azərbaycanla yanaşı iştirak edən digər 17 ölkənin hərbi qulluqçuları sərt iqlim və çətin relyef şəraitində müxtəlif epizodlar üzrə tapşırıqları yerinə yetirirlər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, beynəlxalq təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsinə, təcrübə mübadiləsi və peşəkarlığın artırılmasına, şəxsi heyətin silahlanmaya qəbul edilmiş müasir silah və texnikadan effektiv istifadə etmə üzrə bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib.
Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları beynəlxalq təlimdə ölkəmizi layiqincə təmsil edirlər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri