26 
Yan
2023
21:38
63
19
1326
Virtual karabakh

Fəxrəddin Qurbanov: “Şimal-Cənub” dəhlizi Avrasiya məkanında yükdaşımanın inkişafına töhfə verəcək”

26 Yan, 2023
21:38
1326

Fəxrəddin Qurbanov: “Şimal-Cənub” dəhlizi Avrasiya məkanında yükdaşımanın inkişafına töhfə verəcək”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avropa ilə Asiya arasında təhlükəsiz, sərfəli marşrut olan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avrasiya məkanında nəqliyyatın inkişafına böyük töhfə verəcək”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov Hindistanın Respublika Gününə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, layihə çərçivəsində 2021-ci ilin iyun-iyul aylarında ilk dəfə olaraq Azərbaycan ərazisindən keçməklə Finlandiyanın Helsinki şəhərindən Mumbaya yük daşınıb.

“Azərbaycan və Hindistan arasında diplomatik əlaqələr 1992-ci il fevralın 28-də qurulub. Ötən il diplomatik əlaqələrimizin 30 illiyinin tamam olması ilə əlaqədar Azərbaycanda və Hindistanda bir sıra mədəni tədbirlər təşkil olunub”, - o əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri