28 
Yan
2023
16:20
347
17
812
Virtual karabakh

Misir Prezidenti: “Danışıqlarımız çox gözəl və müsbət mühitdə keçib”

28 Yan, 2023
16:20
812

Misir Prezidenti: “Danışıqlarımız çox gözəl və müsbət mühitdə keçib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Danışıqlarımız çox gözəl və müsbət mühitdə keçib. İstərdim ki, ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı səylərimizi daha da gücləndirək”.

AZƏRTAC xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdülfəttah Əs-Sisi mətbuata bəyanatında bildirib.

Müzakirələr zamanı Misir və Azərbaycan arasında ticarət dövriyyəsinin artırılmasına dair razılıq əldə olunduğunu qeyd edən Prezident Əbdülfəttah Əs-Sisi deyib ki, bütün bunlar mövcud siyasi iradənin fonunda əlçatandır və inkişaf etdirilməsi mümkündür.

Əbdülfəttah Əs-Sisi Misirin əczaçılıq infrastrukturundan Azərbaycanın dərman ehtiyaclarının ödənilməsi üçün istifadə edilməsinə hazır olduqlarını bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri