28 
Yan
2023
19:14
48
497
2618
Virtual karabakh

“İranın yeni hökuməti Azərbaycana qarşı daha aqressivdir” - RƏY + FOTO

28 Yan, 2023
19:14
2618

“İranın yeni hökuməti Azərbaycana qarşı daha aqressivdir” - RƏY + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İranın Azərbaycana qarşı siyasəti son iki ildə formalaşmayıb. Tehran 44 günlük İkinci Qarabağ müharibəsi dövründə İrəvana hər cür kömək etməyə çalışıb, ərazilərini Ermənistana silah tədarükü üçün açmışdı. Üstəlik, onlar Vətən müharibəsindən sonra da ermənilərə yanacaq tədarükündən tutmuş siyasi dəstəyə qədər yardım göstəriblər. Amma unutmamalıyıq ki, Tehranın bu yanaşmasını müstəqillik əldə etdiyimiz ilk gündən görürük. İran və Ermənistan rəhbərlərinin qarşılıqlı səfərləri, görüşüb qol-boyun olmaqlarını unutmamışıq”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev Azərbaycanın İrandakı səfirliyinə edilən xain terror hücumu ilə bağlı deyib.

Onun sözlərinə görə, Vətən müharibəsinədək İran bu siyasətini qonşuluq və din birliyi ilə pərdələyirdisə, savaş günləri Ermənistana verilən dəstək aşkar xarakter almışdı:

“Təsəvvür edin ki, özünü müsəlman dövləti adlandıran İran ərazisindən Ermənistana silah ötürülməsinə hər cür şərait yaratmışdı. O vaxt bu barədə parlamentdə də bəhs etmişəm. Həmin silahlardan müsəlman azərbaycanlılar öldürülürdüsə, İran hansı üzlə din qardaşlığından, müsəlman birliyindən, mehriban qonşuluqdan danışır?”

Deputat hesab edir ki, 2020-ci ilin müharibəsindən sonra Qarabağdakı separatçılara Ermənistan nömrələri ilə yanacaq göndərən qüvvələrlə səfirliyimizə hücum təşkil edənlər eynidir:

“İran sərhədimizdə Araz çayının keçilməsini də nəzərdə tutan təlim təşkil edib. Bununla hansı ölkənin təhdid edildiyi aydındır. İndi həmin hərbi təlimlərlə səfirliyimizə edilmiş hücum arasında fərq varmı? Məncə, fərq yoxdur. Hər iki halda bizi qorxutmaq istəyirlər. Lakin bununla heç nəyə nail olmayacaqlar”.

E.Allahverdiyevin fikrincə, İranın keçmiş hakimiyyətləri də erməni həmkarları ilə sıx münasibətdə olublar:

“Ancaq İranın yeni hökuməti Azərbaycana daha aqressiv yanaşır. Ermənistan və İran liderləri əvvəllər də mehriban olublar. Amma hazırkı İran hakimiyyəti, özünün tez-tez təkrarladığı kimi, “qırmızı xətt”i keçib. Məsələn, Nikol Paşinyanın arvadını İrana dəvət edib, təmtəraqla qarşılayıb məscidləri gəzdirirlər. Lakin gözlərinin qarşısında Azərbaycan məscidləri ermənilər tərəfindən dağıdılan, onlarda donuz saxlanılan zaman səsləri çıxmırdı. Əksinə, Şuşadakı məscidimizi “İran məscidi” adı altında “təmir” edirdilər. Ancaq bundan bir neçə kilometr məsafədə onlarla məscidimizin təhqir edildiyini qulaqardına vururdular”.

Deputat hesab edir ki, terror aktı üçün seçilmiş gün də təsadüfi olmayıb:

“Şəhərin bir tərəfində Azərbaycan səfirliyinə hücum edilir, digər hissəsində isə ermənilərin mitinqinə icazə verilir. İranda etiraz edən şəxsləri qaldırıcı kranlardan asır, həbs edirlər. Amma bu ölkədə onsuz da açıq olan Laçın yolunun açılması tələbi ilə mitinq keçirən ermənilərə hər cür şərait yaradılıb. Lakin zamanı gələndə ermənilər bütün sahiblərinə naxələflik etdikləri kimi, İrana da qapını göstərəcəklər. Avropanın iki min nəfərlik hərbi müşahidəçisi düz iki illik müddətə Ermənistana yerləşdiriləcək. İran onların Ermənistana təkcə Azərbaycana görə göndərilmədiyini başa düşmürmü?”

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri