28 
Yan
2023
21:27
578
24
1356
Virtual karabakh

İtaliya XİN: “Tehrandakı səfirliyə qorxaqcasına hücuma görə həmrəyliyimizi bildiririk” - FOTO

28 Yan, 2023
21:27
1356

İtaliya XİN: “Tehrandakı səfirliyə qorxaqcasına hücuma görə həmrəyliyimizi bildiririk” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanın Tehrandakı səfirliyinə qorxaqcasına hücuma görə həmrəyliyimizi bildiririk”.

Bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi “Twitter” hesabında bildirib.

“Həlak olanın ailəsinə başsağlığı verir və yaralıların tezliklə şəfa tapmasını diləyirik”, - paylaşımda deyilir.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri