30 
Yan
2023
03:32
676
38
1667
Virtual karabakh

Ərdoğan: “Azərbaycanla münasibətləri ən yaxşı şəkildə qoruyuruq və bunu davam etdirəcəyik”

30 Yan, 2023
03:32
1667

Ərdoğan: “Azərbaycanla münasibətləri ən yaxşı şəkildə qoruyuruq və bunu davam etdirəcəyik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanla münasibətləri ən yaxşı şəkildə qoruyuruq və bunu davam etdirəcəyik”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı qeyd edib ki, Türkiyə Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Tacikistanla da münasibətləri ən yaxşı şəkildə qoruyub saxlayır və əlaqələri gələcəkdə də davam etdirəcək.

Ərdoğanın sözlərinə görə, rəsmi Ankaranın türkdilli dövlətlərlə əlaqələri gündən-günə artır. Bu, mümkün olan ən yaxşı yoldur.

“Başda Azərbaycan olmaqla heç bir ölkəni heç bir zaman tək qoymamışıq, tək qoymayacağıq”, - Türkiyə lideri vurğulayıb.

Ərdoğan qeyd edib ki, Ankara təkcə türkdilli ölkələr deyil, cənubdakı Liviya ilə əlaqələrdə də dinclik üçün əlindən gələni edir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri