30 
Yan
2023
10:28
183
25
1801
Virtual karabakh

“Abrams” və “Leopard” tanklarının Ukraynaya verilməsi müharibənin gedişinə necə təsir edəcək? - RƏY + FOTO

30 Yan, 2023
10:28
1801

“Abrams” və “Leopard” tanklarının Ukraynaya verilməsi müharibənin gedişinə necə təsir edəcək? - RƏY + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son vaxtlar Ukraynanın qərbdən daha çox gözlədiyi Almaniyanın “Leopard-2 “ və ABŞ-nin “Abrams” tankları dünyanın gündəmindədir. Ukrayna bu tankların müharibənin gedişində onun xeyrinə həlledici dəyişikliklərə səbəb olacağını bildirsə də, Qərb ölkələri bunun verilməsini gecikdirir.

Bəs bu tankların hərbi üstünlüyü nədir?

Ukrayna hərbi arsenal üzrə eksperti Maksim Yali “Report”un Şərqi Avropa bürosuna bildirib ki, ilk növbədə “Leopard” və “Abrams” tankları arasında fərqləri anlamaq lazımdır:

“Onların müxtəlif xüsusiyyətləri var. “Leopard” tankının ən böyük üstünlüyü NATO qoşunlarında sayının çox olmasıdır. Belə ki, bu tankların sayı 2500-dən çoxdur. Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı bəyan etmişdi ki, ötən il fevralın 23-nə olan sərhədə çıxmaq üçün 300 tanka ehtiyac var. Odur ki, bu tankların cəmi 10%-i Ukraynaya göndərilərsə, bu Zalujnının istədiyi tankların təxminən 80%-ni təşkil edəcək. “Abrams” tanklarının göndərilməsi ilə bağlı isə müxtəlif çətinliklər var. Bu tankın müxtəlif müsbət xüsusiyyətləri var. Buraya tankın zirehi, texniki göstəriciləri, optikası və sair daxildir”.

Ekspert həmçinin bildirib ki, bu tanklarla bağlı mənfi məqamlar da mövcuddur:

“Bu, ilk növbədə “Abrams” tankları üçün aviasiya yanacağının istifadə edilməsi ilə əlaqədardır. Yeri gəlmişkən, daha əvvəl Pentaqon rəsmiləri bu tankların göndərilməməsinə səbəb kimi məhz bu amili göstərmişdilər. Buna görə də indiki məqamda bu tankların Ukraynaya payız mövsümündən qabaq göndərilməyəcəyini söyləyə bilərik. Bu arada, hazırda Ukraynada 155 millimetrlik sursatlarla bağlı çatışmazlıq var. Bu, Qərb ölkələrində də müşahidə olunur. Sovet istehsalı olan bu sursatların əksəriyyətindən istifadə olunub. Amma adı çəkilən tanklar üçün 120 millimetrlik mərmilərdən istifadə edilir və bu sursatların sayı kifayət qədər çoxdur. Hərbi ekspertlər hesab edirlər ki, Ukrayna tanklardan artilleriya kimi də istifadə edə bilər. Bu yolla Ukrayna bu məsələdə Rusiya ilə olan disbalansı aradan qaldıra bilər. Beləliklə, tanklar Ukrayna Silahlı Qüvvələri üçün atəş dəstəyi yaratmağa və Rusiyanın hücumunu dəf etdikdən sonra əks-hücuma keçməyə imkan verəcək. Tanklarla bağlı əsas və vacib məsələlər məhz bunlardır. Tanklar olmadan hücum əməliyyatları həyata keçirmək mümkün deyil. “Abrams”lar daxil olmaqla, müxtəlif tankların, ilk növbədə “Leopard”ların tədarükü operativ və strateji vəzifələrin yerinə yetirilməsinə yardım göstərəcək.

Hərbi ekspert Maksim Marçuk isə “Report”un yerli bürosuna deyib ki, “Abrams” və “Leopard” tanklarının Ukraynaya verilməsi kəskin şəkildə müharibənin gedişatını Ukraynanın xeyrinə dəyişəcək:

“Rusiya üzərində dəfələrlə çox üstünlük əldə edəcəyik. Niyə? Çünki təkcə onu əsas gətirmək kifayətdir ki, İran müharibəsindəki döyüşlər zamanı 5 Rusiya tankına 1 “Abrams” kifayət edirdi. “Abrams” üçün bir dəfəyə 120 mərmi alırıq. “Leopard”a isə 80 modifikasiya var. Artıq bizim hərbçilər müvafiq təlimlər keçirlər və onlar tezliklə bu tanklara sahib olacaqlar. Onu da deyə bilərəm ki, fevral ayı müharibənin gedişində çox qaynar olacaq”, - deyə ekspert vurğulayıb.

Qeyd edək ki, ötən gün yayılan məlumatlara görə, ABŞ “Abrams “ tanklarını 2023-cü ilin sonunda Ukraynaya çatdıracağını bildirib. Bundan əvvəl isə Ukrayna Prezidenti Zelenski açıqlayıb ki, bu tankların ölkəsinə verilməsi yaya qədər uzansa, hər şey çox gec olacaq.

“Report” İnformasiya Agentliyi 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri