Fev
2023
12:47
373
89
4022
Virtual karabakh

Deputat: “Meyxanaçılara nəzarət edək”

1 Fev, 2023
12:47
4022

Deputat: “Meyxanaçılara nəzarət edək”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırda Azərbaycanda xüms adı ilə milyonlarla pul yığılaraq İrana göndərilir”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa bildirib. 

Deputat deyib ki, İran şəbəkələrinə üzvlər bu ölkəyə ziyarətlərə gedənlər arasından seçilir. 

“Xüsusilə də qadınlar arasında çox böyük şəbəkələr var. Bunun qarşısını almaq lazımdır. Eyni zamanda yas yerlərində qaydalara, daha sonra meyxanaçılara xüsusi diqqət yetirilməlidir. Bu məsələlər qanunvericilik səviyyəsində həll olunmalıdır ki, həmin qüvvələr ölkədə fəallaşa bilməsinlər”, - deyə o əlavə edib. 

Millət vəkili təklif edib ki, Azərbaycandan İrana edilən dini ziyarətləri qanunvericilik səviyyəsində nəzarətdə saxlamaq lazımdır.  

Xatırladaq ki, yanvarın 27-də Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən baş leytenant Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb.

Yanvarın 29-da şəhid Orxan Əsgərovun cənazəsi, yaralılar və səfirlik əməkdaşları, onların ailə üzvləri Azərbaycan dövləti tərəfindən ayrılmış təyyarə ilə İrandan Azərbaycan təxliyə olunublar.

Yanvarın 30-da Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri