Fev
2023
16:20
300
28
3405
Virtual karabakh

Ekspertdən TƏKLİF: “İranın Bakıdakı səfirliyinin yerləşdiyi küçənin adı dəyişdirilsin” - VİDEO

1 Fev, 2023
16:20
3405

Ekspertdən TƏKLİF: “İranın Bakıdakı səfirliyinin yerləşdiyi küçənin adı dəyişdirilsin” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl İranın Bakıdakı səfirliyinin yerləşdiyi küçənin adının dəyişdirilməsini təklif edib.

Baku TV-nin “Baku Analitik” verilişində qonaq olan ekspertin sözlərinə görə, bu küçəyə Azərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində şəhid olan Orxan Əsgərovun adı verilməlidir.

“Səfirliyin yanından keçəndə ürəyimdən keçmişdi ki, bu küçənin adı ya Təbriz, ya da Pişəvəri olmalıdır. Amma indi şəhidimiz var, bu küçə Orxan Əsgərovun adına olmalıdır”, - deyə o qeyd edib.

Ətraflı süjeti təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri