Fev
2023
20:34
361
23
1805
Virtual karabakh

Rus İcması: “Laçın yolundan qanunsuz istifadəyə yol verməyəcəyik” - VİDEO

1 Fev, 2023
20:34
1805

Rus İcması: “Laçın yolundan qanunsuz istifadəyə yol verməyəcəyik” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Müharibədən sonra Azərbaycan sülh təklifləri ilə çıxış etdiyi zaman Ermənistan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağa qanunsuz olaraq mina və silah-sursat daşımaqda davam edirdi”.

Bunu “Report”a açıqlamasında Azərbaycanın Rus İcmasının sədr müavini Anastasiya Lavrina deyib.

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda etiraz aksiyası keçirilən əraziyə bu gün Azərbaycanın Rus İcmasının nümayəndələri gəlib. Nümayəndə heyətinin tərkibinə təxminən 30 nəfər daxildir.

“Azərbaycanın Rus İcması ilk gündən ekofəalların Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasını və haqlı tələblərini dəstəkləyib. Ekofəallar Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına son qoyulmasını tələb edirlər. Bu gün biz də sərvətlərin talanmasına və Ermənistana daşınmasına son qoyulması tələbi ilə etirazçılara qoşulmuşuq. Bura bizim torpağımızdır, Qarabağ Azərbaycanın dünya tərəfindən tanınan ərazisidir və bizi pisləməyə çalışanlar özlərinə sual versinlər ki, onlar öz ərazilərində ətraf mühitin qanunsuz istismarına və məhv edilməsinə imkan verərdilər?”

Lavrina ekofəalların aksiyasının 50 gündən artıqdır ki, davam etdiyini, lakin bu müddət ərzində Laçın yolunun humanitar və təchizat yüklərinin daşınması, habelə mülki nəqliyyat vasitələrinin hərəkəti üçün açıq olduğunu vurğulayıb.

O qeyd edib ki, Azərbaycanın Rus İcması indi vəziyyəti öz gözləri ilə görür:

“Biz bu aksiyada iştirak etməklə Laçın yolundan qanunsuz istifadəyə yol verməyəcəyik. Müharibədən sonra Azərbaycan sülh təklifləri ilə çıxış etdiyi zaman Ermənistan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağa qanunsuz olaraq mina və silah-sursat daşımaqda davam edirdi. Daha sonra diversantlar həmin minaları Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşdiriblər. Bu isə yeni qurbanlara gətirib çıxarıb”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri