Fev
2023
21:18
218
34
5547
Virtual karabakh

İnzibati Xətalar Məcəlləsində daha bir dəyişiklik edilib

1 Fev, 2023
21:18
5547

İnzibati Xətalar Məcəlləsində daha bir dəyişiklik edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2022-ci il 16 dekabr tarixli Qanunun qüvvəyə minməsi ilə əlaqədar “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda da dəyişiklik edilib.

“Report” xəbər verir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında 4.52-ci bənddən “həmin Məcəllənin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallara münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Bakı Nəqliyyat Agentliyi, habelə” sözləri çıxarılıb.

Bu maddələr - 346.1. dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cəriməni, 346.2. isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cəriməni nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri