Fev
2023
21:26
163
26
789
Virtual karabakh

Prezident Klaus Yohannis: “Rumıniya Azərbaycanla strateji tərəfdaşlığı dərinləşdirməyə hazırdır”

2 Fev, 2023
21:26
789

Prezident Klaus Yohannis: “Rumıniya Azərbaycanla strateji tərəfdaşlığı dərinləşdirməyə hazırdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rumıniya ilə Azərbaycan 30 il ərzində gözəl diplomatik və siyasi münasibətlərə malikdir. 2022-ci ildə bunun çox güclü bir dinamikası baş verdi və Azərbaycan Prezidenti Buxarestə səfər etdi. Həmin səfər zamanı biz Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Saziş imzaladıq”.

AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Klaus Yohannis Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında bildirib.

Klaus Yohannis Rumıniyanın Azərbaycanla strateji tərəfdaşlığı dərinləşdirməyə və mühüm strateji əhəmiyyətə malik regional layihələrin icrasına, enerji, ticarət, sərmayə qoyuluşu, rəqəmsallaşma və kənd təsərrüfatı sahələrində əməkdaşlığa hazır olduğunu deyib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri