Fev
2023
14:57
78
22
668
Virtual karabakh

Aİ komissarı: “Azərbaycan Avropa İttifaqına bərpa olunan enerji ixracatçısına çevrilmək potensialına malikdir”

3 Fev, 2023
14:57
668

Aİ komissarı: “Azərbaycan Avropa İttifaqına bərpa olunan enerji ixracatçısına çevrilmək potensialına malikdir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bərpa olunan enerjiyə marağımız o deməkdir ki, biz qazdan başqa digər enerji mənbələri üzərində etibarlı tərəfdaşlarımızla əməkdaşlığımızı genişləndirmək istəyirik. Yeni Yaşıl Enerji Məşvərət Şurasının fəaliyyətə başlaması həmin yeni istiqamət üzrə bu gün tərəfdaşlar arasında razılığın olmasını aydın şəkildə göstərir”.

AZƏRTAC xəbər verir ki, bunu Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.

“Azərbaycanda bərpa olunan enerjinin, xüsusən də dənizdə külək enerjisinin istifadə edilməmiş potensialı yaxşı məlum olan faktdır. Buna görə Azərbaycan Avropa İttifaqına bərpa olunan enerji və hidrogenin ixracatçısına çevrilmək potensialına malikdir. Bizim enerji naminə proqramımız bərpa olunan enerji güclərinin qurulmasını və şəbəkəyə qoşulmasını gücləndirmək üçün Azərbaycanı artıq dəstəkləyir. Avropa İttifaqı masa üzərinə öz nou-hau texnologiyasını və özəl sərmayələri qoyur”, - deyə Aİ komissarı əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri