Fev
2023
16:10
146
12
639
Virtual karabakh

Türkiyəli nazir: “Regionumuzun rifahı üçün Azərbaycan və Türkmənistanla əməkdaşlığı inkişaf etdirməyə hazırıq”

3 Fev, 2023
16:10
639

Türkiyəli nazir: “Regionumuzun rifahı üçün Azərbaycan və Türkmənistanla əməkdaşlığı inkişaf etdirməyə hazırıq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“TANAP-ın Cənub Qaz Dəhlizinin əsas sütunu kimi birgə əməkdaşlığımızın konkret nümunəsi olduğunu deməyə ehtiyac belə yoxdur. Bu dəhliz ortaq hədəfin ölkələri birləşdirə biləcəyini göstərir”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasının və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının plenar sessiyalarındakı çıxışında qeyd edib.

O bildirib ki, bütün bu nəhəng layihələr sıx əməkdaşlıq sayəsində səmərəli şəkildə həyata keçirilməkdədir:

“Bu dəhlizin tətbiqi və Avropaya ticari qaz axınının təmin edilməsi xüsusilə bu hədəfə çatmaq üçün önəmli addımdır. Qaz həcmini artırmaq üçün əlavə ehtiyatlara və əlavə mənbə ölkələrinə ehtiyacımız vardır. Bu kontekstdə biz regionumuzun rifahı naminə Azərbaycan və Türkmənistanla əməkdaşlığı inkişaf etdirməyə hazırıq”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri