Fev
2023
20:11
101
40
1942
Virtual karabakh

Məntəqə üzrə seçici siyahılarının DSK-lara təqdim edilməsi üçün müddət başa çatır

5 Fev, 2023
20:11
1942

Məntəqə üzrə seçici siyahılarının DSK-lara təqdim edilməsi üçün müddət başa çatır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün məntəqə seçki komissiyalarının məntəqə üzrə tərtib edilmiş seçici siyahılarını müvafiq dairə seçki komissiyalarına təqdim etməsi üçün ayrılan müddət başa çatır.

APA-nın xəbərinə görə, seçki qanunvericiliyinə əsasən, yanvar ayının əvvəllərindən etibarən Azərbaycan Respublikası üzrə vahid seçicilər siyahısının tərtib olunması prosesinə başlanılıb.

Vahid seçicilər siyahısının tərtib edilməsi ilkin olaraq məntəqə seçki komissiyaları tərəfindən aparılır.

Bu proses məntəqə seçki komissiyaları tərəfindən qanunla nəzərdə tutulmuş müddətdə seçki məntəqələrinin hüdudlarında həyata keçiriləcək. Seçki Məcəlləsinin tələblərinə əsasən, məntəqə seçki komissiyaları məntəqə üzrə tərtib edilmiş seçici siyahılarını fevralın 5-dən gec olmayaraq müvafiq dairə seçki komissiyalarına təqdim etməlidir. Dairə seçki komissiyaları isə müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək MSK-ya təhvil verəcək. MSK da öz növbəsində vahid seçicilər siyahısının ölkə üzrə tərtib edilməsini həyata keçirəcək.

Bu prosesə ən gec may ayının sonuna qədər yekun vurulacaq və ölkə üzrə yenidən tərtib olunmuş vahid seçicilər siyahısı MSK-nın rəsmi internet səhifəsində yerləşdiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri