Fev
2023
17:56
474
12
1395
Virtual karabakh

Cahit Bağçı: “Bakıdan yola salınan TIR-lar çeşidlənmələrə uyğun şəkildə müvafiq şəhərlərə yönləndiriləcəklər”

8 Fev, 2023
17:56
1395

Cahit Bağçı: “Bakıdan yola salınan TIR-lar çeşidlənmələrə uyğun şəkildə müvafiq şəhərlərə yönləndiriləcəklər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türkiyə iki güclü zəlzələ yaşadı və 10-dan çox şəhərimiz bu yeraltı təkanların fəsadları ilə üzləşib”.

Oxu.Az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 10 milyondan çox insan baş verən zəlzələlərdən zərər görüb:

“İnanırıq ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə bu ağır günləri də geridə qoyacaqdır. Türkiyə üçün beynəlxalq səviyyədə yardım çağırış elan edilib, lakin qardaş Azərbaycan bu çağırışı gözləmədən dəstək verən ilk ölkə oldu. Ölkə başçısı İlham Əliyevin tapşırığı ilə bu saata qədər yeddi təyyarə Türkiyəyə yola düşüb, 1000 nəfərə yaxın əməliyyat-axtarış qrupları zəlzələ olan bölgələrə göndərilib. İnsanların axtarışları çətin hava şəraiti olmasına baxmayaraq, sürətlə davam etdirilir”.

C.Bağçı onu da qeyd edib ki, zəlzələ olan ərazilərdə ehtiyac olan generator, isitmə cihazları da azərbaycanlı sahibkarlar tərəfindən göndərilib.

“Bakıdan yola salınan TIR-lar çeşidlənmələrə uyğun şəkildə müvafiq şəhərlərə yönləndiriləcəklər. Ümumilikdə isə təyyarələr Adana hava limanına enir, oradan isə logistika mərkəzlərdən bölgələrə yönləndirilmə aparılır. TIR-lar da Hatay, Kahramanmaraş, Adana və s. şəhər və regionlarımıza istiqamətləndiriləcək”, - deyə səfir qeyd edib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri