Fev
2023
12:16
171
7
1445
Virtual karabakh

Azərbaycan səfiri Malatyaya gedir: İtkin düşən tələbələrin valideynləri ilə görüşəcək

9 Fev, 2023
12:16
1445

Azərbaycan səfiri Malatyaya gedir: İtkin düşən tələbələrin valideynləri ilə görüşəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Malatyaya gedir, o, itkin düşən azərbaycanlı tələbələrin valideynləri ilə görüşəcək.

Bu barədə “Report”un Türkiyə bürosuna səfir R.Məmmədov özü bildirib.

O bildirib ki. fevralın 6-da Türkiyədə çoxsaylı insan itkisinə səbəb olmuş zəlzələdən sonra Malatyada itkin düşən azərbaycanlı tələbələrin axtarışları davam edir.

Səfir deyib ki, bununla əlaqədar Türkiyənin Malatya şəhərinə səfər edəcək və itkin düşən 4 tələbənin Malatyaya gedən valideynləri ilə görüşəcək.

Səfir bildirib ki, dağıdıcı zəlzələnin zərər və itkilərinə məruz qalan Azərbaycan vətəndaşlarının taleyi ilə maraqlanmaq üçün, eləcə də təbii fəlakət baş verdiyi ilk gündən qardaş Türkiyəyə dəstək verən Azərbaycanın səlahiyyətli nümayəndəsi olaraq zəlzələnin baş verdiyi bölgələrlə sıx əlaqə qurmaq məqsədi ilə zəlzələnin təsirindən dağıntıya məruz qalan ərazilərə gedəcək.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri