Fev
2023
15:14
42
206
3037
Virtual karabakh

Azərbaycan səfirliyinə hücum: Yaralıların durumu yaxşıdır, İran istintaqın gedişi barədə məlumat vermir

9 Fev, 2023
15:14
3037

Azərbaycan səfirliyinə hücum: Yaralıların durumu yaxşıdır, İran istintaqın gedişi barədə məlumat vermir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı yaralanan mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanovun vəziyyətləri yaxşıdır.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Report”a açıqlamasında deyib ki, yaralıların müalicəsi xəstəxanada davam etdirilir.

Terror hücumu ilə bağlı istintaqın gedişinə gəlincə, nazirlik sözçüsü bildirib ki, rəsmi Tehran bununla bağlı Azərbaycan tərəfinə heç bir məlumat verməyib.

“İstintaqın gedişi ilə bağlı bizdə hansısa informasiya yoxdur”, - deyə XİN rəsmisi vurğulayıb.

Xatırladaq ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb.

Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunublar. Eyni zamanda diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan O.Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri