Fev
2023
16:44
334
21
3502
Virtual karabakh

İranın Bakıdakı səfirliyi ölkənin milli bayramı ilə bağlı rəsmi tədbiri ləğv edib - FOTO

9 Fev, 2023
16:44
3502

İranın Bakıdakı səfirliyi ölkənin milli bayramı ilə bağlı rəsmi tədbiri ləğv edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın Bakıdakı səfirliyi İslam Respublikasının milli bayramı ilə bağlı rəsmi tədbiri ləğv edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, İranın Azərbaycandakı səfirliyi İslam inqilabının qələbəsinin 44-cü ildönümü münasibətilə sabah, fevralın 10-u (22 bəhmən) axşam saatlarında “Baku Marriott Hotel Boulevard” mehmanxanasında rəsmi tədbir keçirməyi planlaşdırmışdı. Hətta bununla bağlı rəsmi qurumlara dəvətnamələr də göndərilib. Ancaq bu gün səfirlikdən tədbirin ləğv edildiyi bildirilib. Səbəbini isə səfirlik açıqlamaqdan imtina edib.

“Çox güman ki, Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı nəticəsində iki ölkə münasibətlərinin gərginləşməsindən sonra sözügedən tədbirə Azərbaycan rəsmilərinin qatılmayacağını, İran tərəfinin biabır olacağını və tədbirin sönük keçəcəyini anlayan səfirlik mərasimi ləğv etmək qərarına gəlib”, - deyə kanaldan vurğulanıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri