Fev
2023
17:20
13
60
700
Virtual karabakh

Multikulturalizm Mərkəzi Azərbaycanı ATƏT-in konfransında təmsil edib - FOTO

9 Fev, 2023
17:20
700

Multikulturalizm Mərkəzi Azərbaycanı ATƏT-in konfransında təmsil edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 6-7-də Şimali Makedoniyanın Skopye şəhərində ATƏT regionunda antisemitizm ilə mübarizə mövzusunda konfrans keçirilib.

Bu barədə Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, konfransın bağlanış sessiyasında iştirakçı ölkələrin nümayəndə heyətləri bəyanatla çıxış ediblər. Konfransda Azərbaycanı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi təmsil edib. Multikulturalizm Mərkəzinin müşaviri, professor Aytən Qəhrəman çıxışında qeyd edib ki, son dövrlər dünyada, xüsusilə ATƏT regionunda dözümsüzlük, antisemitizm, ksenofobiya, islamofobiya, etnik və dini zəmində ayrı-seçkiliyin artması tendensiyası yüksəlməkdədir. Dinləri terrorizm və zorakı ekstremizmlə əlaqələndirmək cəhdləri xüsusilə narahatlıq doğurur. Bu baxımdan, konfransın mövzusu aktualdır. Vurğulanıb ki, antisemitizm təkcə yəhudi icmalarını hədəf alan bir təhlükə deyil. Antisemitizm olan yerdə başqa ayrı-seçkilik əməlləri də ola bilər.

Cənubi Qafqazda antisemitizmlə bağlı məlumatlar onu göstərir ki, antisemitizmin yüksək səviyyəsi digər milli və dini azlıqların nümayəndələrinə qarşı dözümsüzlük və ayrı-seçkiliklə müşayiət olunur və monoetnik cəmiyyətin yaranmasına gətirib çıxarır. Məsələyə hərtərəfli, etnik və ya dinə əsaslanan nifrət və dözümsüzlüyün bütün təzahürlərinə eyni qətiyyətlə yanaşılması vacibdir.

Çoxmillətli və çoxkonfessiyalı ölkə olan Azərbaycan nifrətə qarşı mübarizəni, müxtəlif cəmiyyətlərin inteqrasiyasını asanlaşdıran, ayrı-seçkiliyin qarşısını alan siyasətin təşviqini müdafiə edir. Bu cür siyasətlər münaqişədən sonrakı şəraitdə xüsusilə aktualdır. Diqqətə çatdırılıb ki, Azərbaycan antisemitizmin olmadığı dövlətlər sırasındadır. Azərbaycanda fəaliyyət göstərən üç yəhudi icması və altı sinaqoqun ikisi hökumətin maliyyəsi ilə tikilib. Cənubi Qafqazın ən böyük yəhudi məktəbi də Bakıda fəaliyyət göstərir.

Qeyd edək ki, üç sessiyadan ibarət olan konfransın açılış mərasimində Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani çıxış edib. Sual-cavab formatında təşkil olunan sessiyalarda “ATƏT regionunda antisemitizm ilə mübarizə istiqamətində səylərə diqqətin yönəlməsi”, “Antisemitizm ilə bağlı müasir təzahürlər: yeni çağırışlar və onların cavablandırılması üçün səmərəli yollar” və “Gələcəyə baxış: süni zəka dövründə antisemitizmin cavablandırılması” mövzularında müzakirələr aparılıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri