Apr
2015
15:10
68
31
3520
Virtual karabakh

İlham Əliyev Putinə başsağlığı verdi

2 Apr, 2015
15:10
3520

İlham Əliyev Putinə başsağlığı verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Zərərçəkənlərin tezliklə sağalmalarını arzu edirəm”.

Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə “Dalniy Vostok” traulerinin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib.

Oxu.Az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir ki, başsağlığı məktubunda deyilir:

“Oxot dənizində “Dalniy Vostok” traulerinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin tezliklə sağalmalarını arzu edirəm.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri