Apr
2015
15:48
186
95
4936
Virtual karabakh

İlham Əliyev qanuna dəyişiklik etdi

4 Apr, 2015
15:48
4936

İlham Əliyev qanuna dəyişiklik etdi

Sərəncam imzalanıb.

Azərbaycan prezidenti İlham Əliyev “Dini etiqad azadlığı haqqında” qanununda dəyişikliklər edilməsi barədə” 2015-ci il 6 mart tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Oxu.Az xəbər verir ki, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentinin aktlarının “Dini etiqad azadlığı haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.
 
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dini etiqad azadlığı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
 
Dəyişikliyə əsasən, sözügedən qanunun 1-ci bəndində “Azərbaycan Respublikası Konstitusiyasının, bu Qanunun və digər qanunların pozulması, yaxud həmin qurumun” sözləri “onun” sözü, 9-cu bəndində isə “təqdim edilməsi tələbinə təkrarən” sözləri “təqdim edilməsinə dair həmin orqanın bir il ərzində iki yazılı tələbinə” sözləri ilə əvəz edilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri