Apr
2015
20:04
249
109
23070
Virtual karabakh

İlham Əliyev Ciddədədir – YENİLƏNİB + FOTO

6 Apr, 2015
20:04
23070

İlham Əliyev Ciddədədir – YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət başçısı görüş keçirib.

Ciddədə Azərbaycan prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni ilə görüşü olub.

Oxu.Az-ın məlumatına görə, İyad bin Amin Mədəni prezident İlham Əliyevi salamlayıb.

Sonra İƏT baş katibi ilə Azərbaycan prezidenti birgə nahar ediblər. Naharda İƏT-in baş katibi İyad bin Amin Mədəni və prezident İlham Əliyev çıxış ediblər.

Sonra Azərbaycan prezidenti İlham Əliyevin və İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəninin görüşü olub.

Görüşdə Azərbaycanla İƏT arasında yüksək səviyyəli əməkdaşlığın həyata keçirildiyi bildirilib. Bu görüşün əlaqələrimizin daha da genişlənməsi baxımından əhəmiyyəti qeyd edilib. İslam Əməkdaşlıq Təşkilatının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli məsələsində tutduğu ədalətli mövqe yüksək qiymətləndirilib.

Söhbət zamanı ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

15:47

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 6-da Ciddədə İslam İnkişaf Bankı Qrupunun prezidenti Əhməd Məhəmməd Əli ilə görüşüb.

Oxu.Az AzərTAc-a istinadla xəbər verir ki, görüşdə Azərbaycan ilə İslam İnkişaf Bankı arasında yüksək səviyyəli əməkdaşlıqdan məmnunluq ifadə edildi. Son on ildə Bank ilə ölkəmiz arasında səmərəli əməkdaşlığın qurulduğu, uğurlu layihələrin icra olunduğu bildirildi, Azərbaycanda gedən sürətli inkişaf proseslərinin əlaqələrimizin genişlənməsinə təkan verdiyi vurğulandı. Azərbaycan ilə İslam İnkişaf Bankının neft-qaz, elektrik enerjisi, su təchizatı, yol tikintisi, infrastruktur layihələrinin icrası, kənd təsərrüfatı və sənaye, sərmayə qoyuluşu sahələrində nümunəvi əməkdaşlıq etdiyi diqqətə çatdırıldı.

Söhbət zamanı ikitərəfli əməkdaşlığa digər tərəfdaşların da cəlb olunması ilə bağlı fikir mübadiləsi aparıldı.

14:21

Səudiyyə Ərəbistanında səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Ciddə şəhərinə gəlib, ərəb mətbuatı yazır.

Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, məlumata görə Ciddədə İlham ƏIiyev Ümrə ziyarətini (kiçik Həcc ziyarəti) edəcək.

İlham Əliyevi Ciddədə dövlətin rəsmisi və Ciddənin qubernatoru olan şahzadə Mişaal bin Məcid bin Əbdüləziz qarşılayıb.

Xatırlayaq ki, dünən axşam İlham Əliyev Səudiyyə Ərəbistanına gözlənilməz səfər edib. Azərbaycan prezidenti Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül-Əziz Əl Səudla görüşüb.

Bundan başqa bildirilir ki, İlham Əliyevi onun ailə üzvləri müşayiət edirlər. Prezidentin ailə üzvlərinin fotoşəkilləri İnstagrammda yerləşdirilib.

Fotoşəkillərə əsasən, İlham Əliyevi Səudiyyə Ərəbistanı səfərində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, oğlu Heydər Əliyev, qızı Arzu Əliyeva və onun həyat yoldaşı Səməd Qurbanov müşayiət edirlər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri