10 
Mar
2023
14:24
96
13
966
Virtual karabakh

Fuad Hüseynəliyev: “Ermənistan qonşuları ilə əbədi olaraq düşmən qala bilməz” - VİDEO

10 Mar, 2023
14:24
966

Fuad Hüseynəliyev: “Ermənistan qonşuları ilə əbədi olaraq düşmən qala bilməz” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanın Qarabağ bölgəsində baş verən son hadisələr Rusiya sülhməramlı kontingentinin funksiyalarını yerinə yetirə bilmədiyini göstərir”.

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalının “Aktualno seqodnya” (“Bu gün aktualdır”) verilişində bildirib.

Onun sözlərinə görə, regionda gərginliyin davam etməsi Rusiya sülhməramlı kontingentinə belə bir iddia sürməyə imkan verəcək ki, onların burada olması həyati əhəmiyyət kəsb edir və cəmi 5 il müddətinə nəzərdə tutulan qalma müddətinin uzadılmasına ehtiyac var.

F.Hüseynəliyev hesab edir ki, Qarabağa davamlı şəkildə qeyri-qanuni olaraq silahlar, hərbçilər və yaraqlılar daşınır. Bunda Rusiya sülhməramlılarının qabiliyyətsizliyi, bacarıqsızlığı və ya belə halların qarşısının alınmasına istəkli olmamasının heç bir əhəmiyyəti yoxdur:

“Burada silahlı birləşmələr var və bura silahlar, şəxsi heyət göndərilir. Bütün bunlar isə Rusiya hərbçilərinin səhlənkarlığı və bəlkə də köməyi ilə həyata keçirilir”.

Onun sözlərinə görə, Rusiya sülhməramlı kontingenti ona həvalə edilən funksiyanı yerinə yetirə bilsəydi, Qarabağda atışmalar, sabitliyin pozulması baş verməzdi:

“Bundan başqa, sülhməramlıların regionda yerləşdirilməsi ilə bağlı əsas hədəfə çatmaq mümkün olmur. Söhbət yaxınlaşma, gələcəkdə isə Azərbaycanın Qarabağ bölgəsinin erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyası üçün şəraitin yaradılmasından gedir”.

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasından danışan F.Hüseynəliyev qeyd edib ki, bu, ilk növbədə, İrəvan üçün faydalıdır:

“Qonşularla düşmənçilik şəraitində yaşamaq normal deyil. Ermənistan isə iki qonşusu - Azərbaycan və Türkiyə ilə düşmənçilik edir”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri