13 
Mar
2023
11:32
158
12
2669
Virtual karabakh

Aleksey Nejivoy: “Ermənistan bədən alveri ilə məşğul olur, bu, qədim peşəsidir” - Rusiyadan ŞƏRH

13 Mar, 2023
11:32
2669

Aleksey Nejivoy: “Ermənistan bədən alveri ilə məşğul olur, bu, qədim peşəsidir” - Rusiyadan ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qərb Ermənistandan istifadə edir. Ukraynadakı münaqişə dünya dollar sisteminin dağılmasına gətirib çıxarır. Qərb də Cənubi Qafqazı, həmçinin qonşu ölkələri (orada isə ABŞ-nin təsiri altında olmayan İran və Türkiyə yaxınlıqdadır) silkələməklə bunun qarşısını almağa çalışır”.

Bu sözləri Rusiyada Siyasi və Sosial Texnologiyalar Laboratoriyasının rəhbəri Aleksey Nejivoy Oxu.Az-a Ermənistanın ilin əvvəlindən bəri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı iki demarşını şərh edərkən bildirib.

Ermənistanı, şərti olaraq, hamının unudulmuş kasıb qohumu adlandıran ekspert Rusiyanın hazırda İrəvanla maraqlanmadığını, səbəb kimi isə normal, adekvat Azərbaycan və Türkiyəni dəstəkləməyin daha yaxşı olduğu vurğulayıb.

“İcazə verin, sizə kobud bir bənzətmə deyim - Ermənistan bədən alveri ilə məşğuldur, bu, qədim peşəsidir. Ona görə də həm Fransa, həm də ABŞ Ermənistan vasitəsilə Cənubi Qafqaza girişirlər. İrəvan regional təxribatçı rolunda çıxış edir. Bunun nəticəsi yaxşı olmayacaq. Ermənistan regionda əziyyətlə işə düşən sülh prosesindən vurulub çıxarılır və o, yavaş-yavaş Qərb relslərinə doğru irəliləməyə çalışır. Azərbaycan isə özünü həm iqtisadi, həm də siyasi baxımdan yaxşı hiss edir”, - deyə A.Nejivoy əlavə edib.

Politoloq Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Qarabağla bağlı Azərbaycana ilkin şərtlər irəli sürən bəyanatlarını xatırladaraq İrəvanda yenə Qərbə ümid edildiyini deyib. Bununla belə, onun sözlərinə görə, Qərb Ermənistana, xüsusən də hərbi məsələdə (çünki hamısı Ukraynaya gedir) heç bir yardım göstərmək iqtidarında deyil.

“Düşünürəm ki, Qərb hələ də Rəcəb Tayyib Ərdoğanın amerikapərəst liderlə əvəzlənəcəyi ümidi ilə Türkiyədəki seçkiyə “stavka” edir. Sonra Cənubi Qafqazda vəziyyəti pozmaq daha asan olacaq. Bu, Qərbin çap qurğusu üzərində qurulan rifah sisteminin dağılmasının qarşısını almaq və onların pullarının – dolların, yaxud avronun dünyanın qalan hissəsinə tətbiq edilməsi üçün dünya münaqişəsinə təsir etmək üsuludur. Axı o zaman parazitlik üzərində bərqərar olan iqtisadiyyat özünü təmin etmək üçün yenidən qurulmağa məcbur olacaq”, - deyə Aleksey Nejivoy sözlərini yekunlaşdırıb.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri