15 
Mar
2023
10:36
41
30
611
Virtual karabakh

BBMM-in icraçı direktoru: “Fransada islamofobiyanın bir çox təzahürlərini müşahidə edirik”

15 Mar, 2023
10:36
611

BBMM-in icraçı direktoru: “Fransada islamofobiyanın bir çox təzahürlərini müşahidə edirik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Fransada biz islamofobiyanın bir çox təzahürlərini müşahidə edirik”.

“Report”un xəbərinə görə, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O, tədbirin ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışıb. İcraçı direktor deyib ki, beynəlxalq konfransın Bakıda keçirilməsi Azərbaycanın multikultural dövlət olduğunu göstərir:

“Düşünürəm ki, cəmiyyətlər islamofobiyaya qarşı mübarizə aparmalıdır. Məsələn, Fransada biz islamofobiyanın bir çox təzahürlərini müşahidə edirik. Mən boş yerə Fransanın adını çəkmədim. Çünki Fransada hazırda beş milyon müsəlman yaşayır. Müsəlmanlıq bəzi cəmiyyətlərdə marginallaşdırılır. Lakin bu, cəmiyyətlərdə dini ayrı-seçkiliyin təməlini atan əsas səbəblərdəndir”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri