15 
Mar
2023
14:00
313
11
2088
Virtual karabakh

Kunio Mikuriya: “Azərbaycan gömrük prosedurlarını sadələşdirməlidir”

15 Mar, 2023
14:00
2088

Kunio Mikuriya: “Azərbaycan gömrük prosedurlarını sadələşdirməlidir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırda Asiya və Avropa, Şərq və Qərb arasında ticarətin arasıkəsilməz qaydada həyata keçirilməsinə böyük bir ehtiyac var”.

“Report” xəbər verir ki, bunu Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Kunio Mikuriya Bakıda keçirilən Transxəzər Beynəlxalq nəqliyyat Şərq-Qərb Dəhlizi boyu “bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi (“Data pipeline”) üzrə çoxtərəfli görüşdə çıxışı zamanı deyib.

K.Mikuriyanın sözlərinə görə, bu ehtiyacı qarşılayacaq vasitə Orta Dəhlizdir (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu):

“Çünki Orta Dəhliz Asiyanı Avropa ilə bir-birinə bağlayır. Həm də məqsəd odur ki, ticarət arasıkəsilməz qaydada işləsin və böyük səmərə versin. Məhz ona görə də bu dəhlizin beynəlxalq ticarət nöqteyi-nəzərindən əhəmiyyəti böyükdür.

Bu dəhliz bilavasitə Qafqaz və Mərkəzi Asiya ölkələri üçün də böyük əhəmiyyət kəsb edir. Onların iqtisadi inkişaf və rifaha yetişməsi, bu bölgələrə investisiya qoyuluşu baxımından dəhlizin böyük əhəmiyyəti var. Beynəlxalq işgüzar dairələr, o cümlədən investisiya qoyuluşu üzrə beynəlxalq dairələr bu cür regionların axtarışındadır”.

ÜGT-nin baş katibi bildirib ki, dəhlizin ərazisindən keçdiyi ölkələr, o cümlədən Azərbaycan gömrük prosedurlarını sadələşdirməlidir.

“Biz bilirik ki, yükdaşımada dəmir yolları da əhəmiyyətə malikdir. Bu baxımdan iki beynəlxalq təşkilatı dəvət etmişik ki, onlar da tövsiyələrini versinlər. Bölgədə baş verən zəlzələ və digər təbii fəlakətlər ölkələrin iqtisadiyyatlarına təsir edir. Biz hesab edirik ki, bu təsirləri azaltmaq üçün ticarət marşrutlarını, istehsalat mənbələrini şaxələndirməyə ehtiyac var. Bu baxımdan Orta Dəhliz xüsusi əhəmiyyət kəsb edir”.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri