17 
Mar
2023
19:22
73
55
1300
Virtual karabakh

FHN-in İdman-sağlamlıq klubunda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan çempionat yekunlaşdı - FOTO

17 Mar, 2023
19:22
1300

FHN-in İdman-sağlamlıq klubunda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan çempionat yekunlaşdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun idman bazasında 15-17 mart 2023-cü il tarixlərində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş çoxnövçülük üzrə çempionat keçirilib.

Oxu.Az xəbər verir ki, İdman-sağlamlıq klubunun və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşdırılan çempionat 3 gün davam edib.

FHN-in Aparatı və qurumlarının ümumilikdə 19 komandasından 65-ə yaxın əməkdaşın qatıldığı birincilikdə əməkdaşlar 100 və 1000 metr məsafəyə qaçış, daşqaldırma və turnikdə dartınma növlərində həm şəxsi, həm də komanda hesabında qüvvələrini sınayıblar.

Çempionatın bağlanış mərasimində, əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qalib idmançıları təbrik edən FHN-in İdman-sağlamlıq klubunun rəis müavini mayor Bəhruz Ağayev, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və İdman-sağlamlıq klubunun hüquq məsləhətçisi Həmdiyyə Məmmədov müasir, müstəqil Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.

Ümummilli Liderin digər sahələrdə olduğu kimi, ölkə idmanının inkişaf strategiyasını da müəyyənləşdirdiyini qeyd edən natiqlər, bu istiqamətdə aparılan kompleks tədbirlər nəticəsində qısa müddətdə böyük uğurların qazanıldığını bildiriblər.

Vurğulanıb ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün Azərbaycan sözün əsl mənasında idman ölkəsinə çevrilib, dünya idman arenalarında respublikamızı layiqincə təmsil edən idmançılar yetişib.

Sonra çempionatda uğur qazanmış komandalar və şəxsi birincilikdə fərqlənən idmançılar təltif olunublar. Bakı Regional Mərkəzi komanda hesabında birinci olub. İkinci yerə Dövlət Yanğından Mühafizə Xidmətinin, üçüncü yerə isə FHN-in Akademiyasının komandaları layiq görülüblər.

Şəxsi yarışlarda çempion adını Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Cəlal Süleymanov qazanıb. İkinci yerə Muğan Regional Mərkəzinin əməkdaşı Elmir Əhədov, üçüncü yerə isə Şimal Regional Mərkəzinin əməkdaşı Rəfail Şirəliyev sahib olublar.

Sonda qaliblərə kubok, diplom, medal və qiymətli hədiyyələr təqdim olunub.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri