21 
Mar
2023
18:19
50
33
3284
Virtual karabakh

Baku TV-dən əməkdaşının paylaşdığı videoya görə AÇIQLAMA

21 Mar, 2023
18:19
3284

Baku TV-dən əməkdaşının paylaşdığı videoya görə AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baku TV-nin əməkdaşı Fərdin İsazadə tərəfindən sosial media hesablarında “NoyanTapan” “YouTube” kanalında yayımlanmış anti-Azərbaycan, antihumanist və yalan dolu məlumatları özündə əks etdirən videoçarxın paylaşılması tamamilə yumoristik xarakter daşıyır.

Bu barədə Baku TV-nin bəyanatında bildirilib.

Eyni zamanda, Baku TV redaksiyası etiraf edir ki, bizim jurnalistin dedikləri bəzi xarici qüvvələr tərəfindən yanlış şərh edilə bilərdi. Videoçarx isə özlüyündə daha uğurlu şəkildə tərtib edilə bilərdi.

Qeyd etmək yerinə düşər ki, Fərdin İsazadə təcrübəli hərbi jurnalistdir və o heç vaxt humanizm və insanlıq əleyhinə çağırışlar etməz. Videoçarxın yanlış anlaşıla bilməsinə görə o, təəssüf hissi duyur.

Öz növbəsində Baku TV redaksiyası erməni KİV-lərini Azərbaycan tərəfinin materiallarını dəyərləndirərkən obyektiv, təmkinli və ədalətli olmağa çağırır. Həmçinin ölkəmizlə bağlı tamamən təxəyyül məhsulu olan və bizi vəhşi kimi təqdim edən materialların yayımlanması ilə iki millət arasında nifrət toxumları səpməyi dayandırmağı tələb edirik.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri