24 
Mar
2023
15:12
135
59
2925
Virtual karabakh

“ABŞ indi də Cənubi Qafqaza əl atır, onu Sovet İttifaqının aqibəti gözləyir” - ŞƏRH + FOTO

24 Mar, 2023
15:12
2925

“ABŞ indi də Cənubi Qafqaza əl atır, onu Sovet İttifaqının aqibəti gözləyir” - ŞƏRH + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 30-da ABŞ-də ikinci dəfə Demokratiya Sammiti adlı tədbir keçiriləcək. Azərbaycana qarşı hər zaman ikili standartlar tətbiq edən Qərb bu dəfə də öz məqsədli siyasətini həyata keçirməkdə davam edir. Belə ki, Demokratiya Sammitinə demokratiyadan bixəbər ölkə olan Ermənistan dəvət edildiyi halda Azərbaycan, Türkiyə, Macarıstan, Çin kimi dövlətlər ABŞ-nin siyahısından kənar qalıblar. Gürcüstanın isə məqsədli şəkildə yalnız prezidenti demokratiya tədbirinə dəvət alıb. Bütün bu məqamlar ABŞ-nin Cənubi Qafqazda parçalama siyasəti yürütdüyü haqqında iddiaları gücləndirib.

Məsələ ilə əlaqədar Oxu.Az-a danışan politoloq Tofiq Abbasov sammiti demokratiya konfransı adlandırmağın düzgün olmadığını söyləyib. O xatırladıb ki, vaxtaşırı ABŞ belə tədbirlər keçirir:

“Bu, natamam, ABŞ-nin dünyada yeritdiyi siyasətə uyğun quruluşdur. Çünki ABŞ guya demokratiya qurmaq adı ilə parçaladığı ölkələrdə bu siyasəti həyata keçirirdi. Demokratiya alətləri ABŞ-nin hegemon siyasətini dünyada yeritmək üçün vasitədir.

Cənubi Qafqaza gəldikdə isə nəzərə almaq lazımdır ki, ABŞ bütün dünyada parçalama siyasəti həyata keçirir. Bu dövlətin qayəsi ancaq öz maraqlarını təmin etmək, himayə etdiyi qüvvələri önə çəkmək, dağıdıcı proseslər həyata keçirməkdir. Gürcüstanda biabırçı yanaşma tətbiq edilib. Ölkənin yalnız Prezidenti Salome Zurabişvili Demokratiya Sammiti adlı tədbirə dəvət olunub. Çünki o, Fransa vətəndaşıdır və Qərbin siyasətini Gürcüstanda həyata keçirən şəxsdir. Bu yaxınlarda Gürcüstan parlamenti xarici agentlərə qarşı qanun layihəsi qəbul etmək istəyəndə prezident dedi ki, bu qanunu təsdiq etməyəcək. Səbəb aydındır, bu layihə Qərbin Gürcüstana təsirlərinin qarşısını ala bilərdi. Macarıstan, Türkiyə, Azərbaycan da milli siyasət yürütdüklərinə görə ABŞ-dən dəvət almayıblar. Prezident İlham Əliyev onların oyunbazlıqlarına, siyasi eksperimentlərinə qəti şəkildə “yox” deyir, ölkəmizin maraqlarının keşiyində durur, kənar müdaxilələrin dağıdıcı təsirlərinin qarşısını alır”.

Politoloq hesab edir ki, ABŞ-nin demokratiya vasitəsilə öz siyasətini həyata keçirməsi son dövrlərini yaşayan epoxadır: 

“Çünki ABŞ dünyada öz nüfuzunu itirir. Daxildə isə mərkəzdənqaçma, parçalanma fikirləri inkişaf edir. Yeddi-səkkiz ştat müstəqillik haqqında düşünür. Hesab edirəm ki, ABŞ-ni Sovet İttifaqının aqibəti gözləyir. Bu dövlət gərək dünyadan əl çəkib, öz daxilində demokratiya yaratmağa, ölkənin idarəçiliyini sahmana salmağa çalışsın”.

Aysel Aslan

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri