26 
Mar
2023
13:32
78
63
1515
Virtual karabakh

Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov AFFA rəhbərliyi və milli komandanın baş məşqçisi ilə görüşdü

26 Mar, 2023
13:32
1515

Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov AFFA rəhbərliyi və milli komandanın baş məşqçisi ilə görüşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AVRO-2024-ün seçmə mərhələsində İsveç millisi ilə qarşılaşacaq Azərbaycan yığması artıq bu ölkədədir.

İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyevin “Report”a verdiyi məlumata görə, AFFA rəhbərliyi və milli komandanın baş məşqçisini paytaxt Stokholmda Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədov və bu ölkədəki Azərbaycan diasporunun nümayəndələri qarşılayıblar.

Səfir baş tutan görüşdə Azərbaycan millisinə İsveç yığması ilə oyunda və digər matçlarda uğurlar arzulayıb.

Qeyd edək ki, martın 27-də Stokholmun Solna bölgəsindəki “Friends Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri