26 
Mar
2023
23:36
524
51
5855
Virtual karabakh

“Qalatasaray” futbol klubunun rəhbəri Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim edib - FOTO/VİDEO

26 Mar, 2023
23:36
5855

“Qalatasaray” futbol klubunun rəhbəri Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim edib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 26-da Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” və İstanbulun “Qalatasaray” komandaları arasında xeyriyyə oyunundan öncə "Qalatasaray"ın prezidenti Dursun Özbek Azərbaycan Prezidenti İlham Əliyevə klubun formasını hədiyyə verib.

“Report” xəbər verir ki, Dursun Özbek dövlət başçısına komandanın oyunçularının imzası olan formanı və digər xatirə hədiyyələrini təqdim edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” və İstanbulun “Qalatasaray” komandaları arasında xeyriyyə oyununa baxıblar.

Matç “Qalatasaray” klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri