27 
Mar
2023
13:02
521
75
10302
Virtual karabakh

İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT - FOTO/VİDEO

27 Mar, 2023
13:02
10302

İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyinat olub.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, sözügedən vəzifə Vüqar Valeh oğlu Mustafayevə həvalə edilib.

O, 1986-cı ildə Bakıda anadan olub, 2004-2008-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “Mühəndis iqtisadiyyatı və idarəetmə” (Menecment) ixtisası üzrə bakalavr, 2010-2013-cü illərdə isə Xəzər Universitetində “Maliyyə və kredit” ixtisası üzrə magistr təhsili alıb, “Biznesin idarə edilməsi” (MBA) dərəcəsi əldə edib.

V.Mustafayev əmək fəaliyyətinə 2006-2008-ci illərdə müxtəlif şirkətlərdə təlim koordinatoru, maliyyə və mühasibatlıq üzrə mütəxəssis işləməklə başlayıb, 2009-2012-ci illərdə “Ernst & Young” beynəlxalq audit şirkətində baş mütəxəssis, 2012-2014-cü illərdə “Azerfon” MMC-də Daxili audit departamentinin direktoru, 2014-2022-ci illərdə isə “PAŞA Holdinq” MMC və ona daxil olan şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb, o cümlədən “PAŞA Sığorta” və “PAŞA Həyat Sığorta” ASC-lərin Təftiş Komissiyalarının sədri olub.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri