29 
Mar
2023
13:00
130
12
887
Virtual karabakh

Sülh və reinteqrasiyadan başqa yol yoxdur - nöqtə! - ŞƏRH + FOTO

29 Mar, 2023
13:00
887

Sülh və reinteqrasiyadan başqa yol yoxdur - nöqtə! - ŞƏRH + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Cənubi Qafqazda sülh və əməkdaşlığın tərəfdarıdır. Bu istiqamətdə əməli addımlar da atır. Rəsmi Bakının İkinci Qarabağ müharibəsi bitəndən sonra “3+3” formatında əməkdaşlıq təşəbbüsü ilə çıxış etməsi buna aid örnəklərdəndir.

Azərbaycan həm də bir sıra layihələrin reallaşmasına töhfələrini verir. Orta Asiya ilə Avropa arasında əlaqələrin yaranması istiqamətində rəsmi Bakı bir sıra xoşməramlı addımlar atır.

Azərbaycan özünün Qarabağ iqtisadi rayonu ərazisində yaşayan ermənilərlə də bağlı təkliflər verib. Onların reinteqrasiyası üçün rəsmi Bakı növbəti dəfə konstruktiv mövqe nümayiş etdirib. Qarabağda yaşayan ermənilərin nümayəndələrini reinteqrasiya və infrastruktur məsələləri ətrafında müzakirə aparmaq üçün onları ikinci dəfə Bakıya dəvət edib.

Azərbaycan tərəfi öz mövqeyinə sadiq qalaraq həm Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirir, həm də Qarabağ erməniləri ilə birbaşa təmaslar qurmağa çalışır. Bunu Prezident İlham Əliyev Münhendə keçirilən Təhlükəsizlik Konfransında açıq bəyan edib. Dövlət başçısının çıxışına əsasən, Ermənistanla münasibətlərin normallaşması üçün iki prosesin eyni zamanda baş verməsi vacibdir: Birincisi, Ermənistanla sülh müqaviləsinin imzalanması, ikincisi, Qarabağda yaşayan ermənilərlə rəsmi Bakı arasında birbaşa təmasın qurulması.

Bu, regionda sülhün və təhlükəsizliyin yaranması, təmin olunması üçün düsturdur. Çünki ermənilərin reinteqrasiyası baş vermədən və sülh imzalanmadan Ermənistan daim pozuculuq fəaliyyəti ilə məşğul olacaq.

Rəsmi İrəvanın hərbçilərini Qarabağ iqtisadi rayonundan çıxartmaması, bölgədə qanunsuz hərbi dəstələr yaratmaq cəhdləri, onlara hərbi texnika daşınmasını Ermənistanın sabitliyi və təhlükəsizliyi təhdid etməsini isbatlayır.

Rəsmi Bakının Qarabağdakı ermənilərlə təmasla bağlı təklifinin ermənilər tərəfindən cavabsız qoyulması İrəvanın müharibəyə, münaqişəyə meyil göstərdiyindən xəbər verir. Bu, Ermənistan, həm də Qarabağda yaşayan ermənilər gündəlikdə olan məsələlərə, təmasların inkişafına qeyri-konstruktiv münasibət nümayiş etdirməklə yanaşı, həm də mövcud vəziyyətdən nəticə çıxartmadıqlarının göstəricisidir.

Ermənistanın və Qarabağdakı erməni başbilənlərinin pozuculuq fəaliyyəti və ya münaqişənin yenidən alovlandırmaq cəhdləri səmərə verməyəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, onların başqa çıxış yolu yoxdur. Ermənilər ya təmasları davam etdirərək, bu istiqamətdə konstruktivlik göstərərək, reinteqrasiya prosesini qəbul etməli, ya da bölgədən çıxmalıdırlar. Mövcud durumun perspektivi və məsələnin həlli üçün üçüncü yol yoxdur.

Çünki Ermənistanın və havadarlarının irəli sürdükləri iddiaların 44 günlük müharibə zamanı puç, xülya olduğu bir daha məlum oldu. Azərbaycan unitar dövlətdir. Azərbaycan üçün bu məsələ artıq həll olub. Prezidentin məşhur açıqlamasını bu yerdə yada salmaq yerinə düşər:

“Nə oldu, Paşinyan, yol çəkirdin Cəbrayıla? Rəqs edirdin, nə oldu bəs status? Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq”.

Bu, ermənilərin reinteqrasiyadan başqa bir yolunun olmadığına rəsmi Bakı tərəfindən qoyulan nöqtədir.

“Report” İnformasiya Agentliyi

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri