30 
Mar
2023
18:56
120
39
779
Virtual karabakh

BMT Baş katibinin köməkçisi: “Azərbaycanın “ASAN xidmət” modeli artıq nümunə kimi istifadə olunur” - FOTO

30 Mar, 2023
18:56
779

BMT Baş katibinin köməkçisi: “Azərbaycanın “ASAN xidmət” modeli artıq nümunə kimi istifadə olunur” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın “ASAN xidmət” modeli artıq nümunə kimi istifadə olunur.

“Report”un ABŞ bürosu xəbər verir ki, bunu BMT Baş katibinin İqtisadi İnkişaf üzrə köməkçisi Navid Hənif Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevlə görüşündə deyib.

Görüş çərçivəsində N.Hənifə “ASAN xidmət”in fəaliyyətinə dair məlumatlar verilib. Ü.Mehdiyev qurumun yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi, dövlət xidmətlərinin vətəndaşlara çatdırılması sahəsində ciddi nailiyyətlərin əldə olunduğu vurğulanıb.

BMT Baş katibinin köməkçisi öz növbəsində Azərbaycanın BMT-yə verdiyi töhfələrindən bəhs edib.

N.Hənif deyib ki, uğurlu Azərbaycan brendi olan “ASAN xidmət” layihəsinin təşkilata üzv dövlətlərə təqdimatı Azərbaycan və BMT-nin sıx əməkdaşlığının nümunəsidir: “Sevinirik ki, Azərbaycan bütün uğurlarını BMT-yə üzv olan digər dövlətlərlə paylaşır və Azərbaycan modeli artıq nümunə kimi istifadə olunur”.

O, “ASAN xidmət”in unikal konsepsiya olduğunu, bu təcrübənin təşkilata üzv dövlətlərdə tətbiqinin davam etdirilməsinin zəruriliyini vurğulayıb, həmçinin bu istiqamətdə təmsil etdiyi qurumun Dövlət Agentliyinə dəstəyini bir daha diqqətə çatdırıb.

Qeyd edək ki, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-də səfərdədir. Nümayəndə heyəti BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin (CEPA) 22-ci sessiyasında iştirak edir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri