30 
Mar
2023
20:40
135
60
1244
yuxarı
Ceyhun Bayramov Yasir Ərəfatın ev muzeyini ziyarət edib - FOTO
30 Mar, 2023
20:40
1244
135
60
Ceyhun Bayramov Yasir Ərəfatın ev muzeyini ziyarət edib - FOTO
Fələstin Dövlətinə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin azadlıq hərəkatının lideri Yasir Ərafatın ev muzeyini ziyarət edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ziyarət zamanı muzeyin idarə heyəti Azərbaycan nümayəndə heyətinin üzvlərinə 20-ci əsrin əvvəllərindən 2004-cü ildə Fələstin xalqının lideri Yasir Ərəfatın vəfatına qədər Fələstin tarixindəki ən mühüm hadisələri əks etdirən Yasir Ərəfatın ev muzeyi barəsində ətraflı məlumat verib.
Muzeyin kolleksiyaları ilə yaxından tanış olan Ceyhun Bayramov sonda muzeyin xatirə kitabına ürək sözlərini yazıb.